SDU-nun tələbələri Beynəlxalq olimpiadada uğur qazandılar

330

Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən Dövlət proqramları dünya miqyasında ölkəmizin elm və təhsil sahəsində rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq bacarığına malik gənclərin formalaşmasına münbit şərait yaratmışdır. Belə gənc alimlərin yetişdirilməsində universitet, respublika və beynəlxalq miqyaslı fənn olimpiadalarının keçirilməsinin də xüsusi rolu və yeri vardır.
Cari ilin 6 aprel tarixində Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri olan Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda iki mərhələli onlayn formatda ənənəvi IV Beynəlxalq fənn olimpiadası keçirilmişdir. Olimpiada – texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları, texniki sistemlərdə idarəetmə, ölçmə və telekommunikasiya sistemləri, ölçmənin metroloji təminatları kimi bir neçə geniş sahələri əhatə etmişdir.
Olimpiadada Rusiya Federasiyasından 12, Qazaxıstan Respublikasından 1, Çin Xalq Respublikasından 1 universitet olmaqla 80 komanda iştirak etmişdir.
Olimpiadada Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri 2 komanda ilə iştirak etmişlər.

Preseslərin avtomatlaşdırılması kafedrasının professoru Fazil Ələkbərli komandalara kuratorluq etmişdir. Mühəndislik fakültəsinin tələbələri – Seymur Talıbov, Qüdrət Ağazadə, Vüsal Hacıyev, Fizika və elektroenergetika fakültəsinin magistrantı Nicat Hüseynovdan ibarət 1-ci komandaya professor Cavanşir Məmmədov, Fizika və elektroenergetika fakültəsinin tələbələri – İslam Əliyev, Ceyhun Əlizadə, Telman Hacıəliyev, Sarıya Kudiyevadan ibarət 2-ci komandaya isə dosent Turqay Hüseynov rəhbərlik etmişlər.
Birinci komandanın işçi dili ingilis, ikinci komandanın işçi dili rus dili olmuşdur.
Professor Cavanşir Məmmədovun rəhbərlik etdiyi komanda III yerə, fərdi yarışlarda isə Mühəndislik fakültəsinin II kurs tələbəsi Qüdrət Ağazadə mükafata layiq görülmüşdü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər