Şəhər Təhsil şöbəsi haqqında bilmədikləriniz

1178

Ş4655əhərimizin özü kimi təhsili də gəncdir. Böyük Vətən müharibəsi başlayana qədər Sumqayıt bir neçə müəssisəni özündə birləşdirən, yaşayış massivi kiçik baraklardan ibarət bir qəsəbə olmuşdur. Böyük Vətən müharibəsi illərində hərbi-strateji əhəmiyyətə malik müəssisələr fəaliyyətə başladığından qəsəbə getdikcə böyümüş və 1949-cu ildə Sumqayıt qəsəbəsinə şəhər statusu verilmişdir. 1952-ci ildə Sumqayıt qəsəbəsinə şəhər statusu verilmişdir. 1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, bu məktəblər də Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır. Getdikcə şəhər böyümüş, yeni məhəllə və mikrorayonlar salınmış, məktəblərin və məktəbəqədər tərbiyə müəssisələrinin sayı ildən-ilə artmışdır.

Hazırda şəhərimizdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəblərimizdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəmintalı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərimizdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçalarımızın beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun «Addım-addım» proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in «Yuva» humanitar təşkilatının iştirakı ilə «Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası» proqramına qoşulmuşdur.

Sinifdənxaric məktəbdənkənar işlərin yerinə yetirilməsində məktəbdənkənar müəssisələrə 16277 nəfərin cəlb olunmasına, çoxsaylı və kütləvi tədbirlərin, müsabiqələrin keçirilməsinə baxmayaraq, hələ də çox iş görülməli, şagirdlərimizin zərərli vərdişlərdən çəkindirilməsi istiqamətində xeyli işlər görülməlidir.

Müəllimlərin elmi, metodiki və pedaqoji ustalıqlarını artırmaq, yeni təlim texnologiyaları ilə tanış olmaq məqsədilə müntəzəm olaraq seminar və ixtisasartırma kurslarında təkmilləşdirilmələrinə xüsusi diqqət yetirilir. İxtisasartırma kurslarının təşkilinə yaradıcılıqla yanaşılır, onun forma və məzmunca yeniləşdirilməsinə nail olunur. Bu sahədə yerli ixtisasartırma kurslarına üstünlük verilir, müəllim və tərbiyəçilərə həftədə bir metodiki gün verilməklə onların təkmilləşdirilməsi prosesi təmin edilir. Son illərdə işin bu şəkildə təşkili hər il 500 nəfərdən çox müəllim və tərbiyəçinin ixtisasartırma kurslarından keçmələrini təmin etməklə yanaşı, on milyon manatlarla dövlət vəsaitinə qənaət yaratmışdır.

Müəllimlərin təkmilləşdirilməsi istiqamətində «DTV» kanalı vasitəsilə hər həftə yayımlanan «Məsafədən təhsil-45 dəqiqə» verilişinin, şəhərin 23 istinad məktəbində zonalar üzrə yaradılmış 93 dayaq məntəqələrinin, müntəzəm olaraq keçirilən treninq seminarların da müstəsna əhəmiyyəti olmuşdur.

Son 5 ildə 34 nəfər müəllim Amerika, Almaniya, İngiltərə, Yaponiya, Fransa, Polşa, Misir kimi dövlətlərin təhsil proqramlarına qoşulmuş, bu proqramlarda fəal iştirak edərək qalib gəlmiş və həmin ölkələrin təhsil müəssisələrində təcrübə keçmişlər.

Tam əminliklə demək olar ki, Sumqayıt təhsili bu gün respublikamızda ön sıralarda gedir. Şəhərimizin məzunları hər il tələbə qəbulu üzrə imtahanlarda yüksək bilik nümayiş etdirirlər. 2001-ci ildən indiyə kimi şəhərimizin 17 məzunu qəbul imtahanlarında yüksək bilik nümayiş etdirdiklərinə görə Prezident təqaüdünə layiq görülmüşlər. Yalnız 2005-ci ildə belə məzunların sayı 8 nəfər olunmuşdur.

Sumqayıt şəhərinin təhsil sistemi haqqında daha ətraflı mləumatı şəhər Təshil Şöbəsinin bu ünvanda yerləşən internet səhifəsindən əldə edə bilərsiniz: www.sumgait.edu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər