Şəhərdə 80 ədəd tullantı yeşiyi yerləşdirib

741

Yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən Sumqayıt şəhər Təmizlik Departamentində tullantı məntəqələrinə yeni qutular düzülüb.

Şəhər sakinlərindən tullantı yeşiklərinin çatışmazlığı barədə daxil olan şikayətlər nəzərə alınaraq, əhali sektoru üçün nəzərdə tutulmuş tullantı məntəqələrinə 80 ədəd yeni 1100 litrlik qutular qoyulub. Yeşiklərin əksər hissəsi şəhərin mərkəzinə uzaq məsafədə yerləşən və daha çox müraciətlərin daxil olduğu 41-ci və 48-ci məhəllələr, 11-ci, 17-ci və 18-ci mikrorayonlar ərazisində qoyulub, müəyyən hissəsi isə sıradan çıxmış, istifadəyə yararsız qutuların əvəzlənməsinə yönəldilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 2392 ədəd 1100 litrlik qutu mövcuddur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ayaz Ata
    Avqust 18, 2010 - 10:58

    Sayt yavash yavash sheher icra hakimiyyetinin metuat organina chevrilir eee arashdirin gorun yerleshdiribler?

  • Sahin
    Avqust 23, 2010 - 14:02

    O tullanti yesiklerinin

    ikisinide Insacilar qesebesine qoyusunda.Ikisi 15binaya baxir.
    Soybet ELektirik sebekenin yanaindan olan yesikleri nezerde tuturam

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər