Şəhərimizdə kimya parkı yaradılır

779

Azərbaycanda son təyinatlı kimya məhsullarının istehsalını məqsədilə bir qədər əvvəl ləğv edilən Səthi Aktiv Maddələr Zavodunun yerində 167,7 hektarlıq sahədə Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına başlanıb.

«APA-ECONOMICS»in məlumatina görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilmiş bu ərazidə parkın yaradılması üçün hazırlıq işləri aparılır. Sənaye parkında özəl kiçik və orta müəssisələrin fəaliyyət göstərməsi və onların kimya sənayesi üzrə son istifadə təyinatlı məhsullar buraxması nəzərdə tutulur: «Burda həmin müəssisələr üçün bütün şərait yaradılacaq, eləcə də onlar «Azərikimya»nın istehsal etdiyi xammalla təmin ediləcəklər».

M.Babayev qeyd edib ki, hazırda parkın əsasnaməsi və özəl şirkətlərin burda iş qurması prosedurunu tənzimləyən sənədlər hazırlanır: «Artıq bir neçə şirkət burda işləmək üçün ARDNŞ-a və Azərbaycan hökumətinə müraciət edib». Birlik rəhbərinin fikrincə, parkın yaradılması burda çoxsaylı iş yerlərinin açılmasına imkan verəcək və ixtisaslı mütəxəssislərə tələbat artacaq. Bu tələbatın ödənilməsi üçün «Azərkimya» Sumqayıtda ilk dəfə olaraq Təlim-Tədris Mərkəzinin yaradılmasına başlayıb və onun yaxın günlərdə işə düşməsi gözlənilir. Bu məktəbi bitirənlər «Azərkimya»da işə qəbul ediləcəklər. Ali təhsilli mütəxəssislərin hazırlanması üçünsə «Azərkimya» yerli universitetlərlə əməkdaşlığa başlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər