Şəhid polkovnikin qızı: “Beyin cərrahı olub ölkəmə xidmət etmək istəyirəm” – FOTO

1017

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Yüksək nəticə göstərən şagirdlər arasında şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə da var. Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində təhsil alan şagird 289 bal toplayıb.

Ayan Yusifzadə göstərdiyi yüksək nəticə ilə bağlı Modern.az-a danışıb. 

O, beyin cərrahı olmaq istədiyini deyib: “Əslində imtahandan əvvəl 295 baldan yuxarı nəticə gözləyirdim. 4-cü qrup üzrə imtahanda iştirak edəcəm. Mən blok imtahanından maksimum bal gözləyirəm. Hədəfim 400 baldır. 650 baldan yuxarı toplayıb prezident təqaüdünə düşmək istəyirəm. Əsas istəyim beyin cərrahı olmaqdır  Hazırda Azərbaycanda yetəri qədər beyin cərrahı yoxdur. Xaricdə özümü təkmilləşdirib, peşəkar kadr olub, Azərbaycan qayıdaraq öz ölkəm üçün xidmət etmək istəyirəm. Bu sahədə yeni məlumatlar toplayıb, yenilik etməyi düşünürəm. Planım budur ki, alman dilini öyrənim tibb təhsilinə orada davam edim”.

Ayan hələ uşaq yaşlarından həkim olmaq istədiyini bildirir:

“Atam da bunu bilirdi. Mən o arzumu yerinə yetirməyə çalışıram. İkinci sinifə qədər atamla bir yerdə idim. O, ingilis dili və riyaziyyatdan mənə kömək edirdi. Atam ingilis dili və riyaziyyatı mükəmməl səviyyədə bilirdi, Amerikada müxtəlif kusrlara qoşulduğu üçün ingilis dilini əsl amerikan kimi bilirdi. Mənə çox kömək olmuşdu. Uşaq vaxtı yaşıdlarımdan çox öndə idim. İndi də onun sayəsində ingilis dilini yaxşı bilirəm”.

O, Qarabağ Universitetində Tibb fakültəsi olarsa, orada təhsil ala biləcəyini qeyd edib:

“Mən çox istiyərəm orada oxumaq. Ora bizim doğma məkanımızdır, mənə doğma gəlir. Qarabağa gedəndə  əhvalım yaxşı olur, insanı valeh edir. İstəyərdim ki, elə gözəl mənzərəli yerdə təhsil alım. Tibb Universitetində oxuyub ikinci kursadan gedə bilərəm. Planım budur ki, alman dilini öyrənim tibb təhsilinə orada davam edim. Ən böyük dəstəyi anam verirdi. Mənim öz müəllimlərim də mənə çox  güvənirdi. Ətrafımdakı hamı mənə güvənirdi”.

Qeyd edək ki, polkovnik Vüqar Yusifov 2016-cı ilin Aprel döyüşlərində şəhid olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər