Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib.
Publika.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
Məmmədyarov 6,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, birinci pillədə isə 7 xal ilə ABŞ təmsilçisi Fabiano Karuana qərarlaşıb.
Turnir Berlində “Külxaus” sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.
Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.