Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qorudu

799

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub.

33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır. İddiaçılar Turnirinin qalibi amerikalı Fabiano Karuana isə 3-cü yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə isə Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci və Arkadi Naydiç 44-cüdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər