Şəhriyar Məmmədyarov Sumqayıtda qəza törətdi

771

Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov bu gün saat 22-00 radələrində Sumqayıt şəhərində idarə etdiyi avtomobillə qəza törədib.Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov bu gün saat 22-00 radələrində Sumqayıt şəhərində idarə etdiyi avtomobillə qəza törədib.

ANN.Az-ın verdiyi xəbərə görə, hadisəyə səbəb Məmmədyarovun idarə etdiyi “Range Rover” markalı avtomobili ilə Sumqayıtın Şərq Bazarı yaxınlığında ağ rəngli “VAZ 2107” markalı avtomobili ötmə cəhdi səbəb olub.

Nəticədə Məmmədyarovun avtomobili yola çıxan digər bir avtomobillə – qırmızı rəngli “Vaz 2107” markalı avtomobillə toqquşub. Məmmədyarovun “Range Rover”i idarəetməni itirərək, piyadalar üçün səkiyə çıxıb. Burada təqribən 30 metr nəzarətsiz hərəkət edən avtomobil işıq dirəyini əzərək dayanıb.

Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hər iki avtomobil yüngülcə əzilib.

Şahmatçı hadisənin baş verdiyini təsdiqləyib: “Hər şey birdən oldu. Heç nə başa düşmədim. Şükür ki, ölüm-itim yoxdur. Bir balaca qolumda ağrı hiss edirəm. Toqquşduğumuz maşının sürücüsü də sağ-salamatdır”.

ANN.Az, Zaman Ağayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər