Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən nüfuzlu Tata Steel Masters turnirində ilk qələbəsini qazanıb.
Məmmədyarov ikinci tur çərçivəsində qara fiqurlarla çinli Hou Yifanı üstələyib. İlk turda Şəhriyar amerikalı Uesli So ilə heç-heçə oynayıb.
Şahmatçımız üçüncü turda rusiyalı Maksim Matlakovla qarşılaşacaq.
Turnir 13 turdan ibarətdir. Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə yanvarın 26-da oynayacaq. oxu.az
Müzakirə qapadılmışdır.