Şəkidə 35 yaşlı qadın intihar edib.
“sumqayitxeber.com” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi hələ istintaqa məlum deyil.
- Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Müzakirə qapadılmışdır.