Sevgi və Ayrılıq

1124

Sevgi və ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.
Ayrılıq sevgiyə dedi: Mən onları ayıraram, bəhsə girək?
Sevgi dedi: Gəl belə edək – mən onlara bir dəfə yaxınlaşım, sonra qalanı sənlikdir.
Nəçə dəfə istəsən sən yaxınlaşa bilərsən – onda baxarıq sən onları ayıra bilərsənmi?
Ayrılıq razılaşdı.
Sevgi gənc cütlüyə yaxınlaşdı, onlara toxundu və gözlərinə baxdı: orda necə qığılcımlar yarandığını gördü. Kənara çəkildi və dedi: Mən işimi bitiridim, indi sənin növbəndir.
Ayrılıq: Yox, mən indi onlara yaxınlaşsam da xeyri yoxdur – indi onların qəlbi Sevgi ilə doludur. Mən sonra gələrəm.
Vaxt keçdi. Ayrılıq bir gün onların evinə baxdı və gördü ki, gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət edir. Ümid etdi ki,sevgi artıq keçib və yaxınlaşdı cütlüyə… Onların gözünə baxanda orda Minnətdarlıq gördü. Çevrilib otaqdan çıxdı və dedi: sonra gələrəm.
Yenə vaxt keçdi. Ayrılıq yenə bu evə yaxınlaşdı, gördü ki, evdə uşaqlar səs-küy salır, kişi işdən yorğun gəlib, ana uşaqları sakitləşdirməyə çalışır. Dedi ki, indi mütləq onları ayıra biləcəm, sevgi ve minnətdarlıq çoxdan bu evdən gediblər.
Amma onların gözünə baxanda orda Hörmət ve Anlaşma gördü. Çevrilib otaqdan çıxdı və sonra gələrəm – deyə düşündü.
Bir müddət beləcə keçdi… Ayrılıq bəhsi unutmamışdı, sevgiyə uduzmaq fikri yox idi. Yenə gəldi, artıq uşaqlar böyümüşdü, ağsaçlı ata onlara nə isə izah edirdi, ana mətbəxdə yemək hazırlayırdı. Onların gözlərinə baxanda orda İnam gördü.
Mən sonra gələrəm dedi ve çevrilib getdi.
Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi – Deyəsən mən gecikmişəm, zaman mənim işimi görüb axı. Qadının gözlərinə baxdı və orda Xatirə gördü – sevgidən, minnetdarlıqdan, hörmətdən, anlaşmadan ve inamdan bir xatirə.
Yenə bir müddət keçdi. Ayrılıq bu evi unutmamışdı. Yenə ora baş çəkdi: evdə nəvələr qaçışır, hamının qarşısında qoca bir qadın oturub nesə fikirləşirdi. Ayrılıq baxdı və düşündü: əsl mənim zamanım gəlib. Artıq çoxdan xatirələri də unudub. Elə qadının gözlərinə baxmaq istəyəndə o durdu və evdən çıxdı. Ayrılıq onun arxasınca getdi. Qadın qəbirstanlığa gəldi və bir qəbrin yanında dayandı – bu onun ərinin qəbri idi. Qadın heç nəyi unutmamışdı…

Səbinə Əliyeva

Öncəki yazılar:

Müşahidə
Müsahibə
 Möcüzə
 YUXU

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Vusale
    Noyabr 19, 2011 - 06:56

    Super!Ela…Cox tesirlendim..Yazan elleriniz var olsun…Tesekkurler Sebine xanim,Ugurlar

  • arzu
    Noyabr 19, 2011 - 18:40

    cooox tesirlidir…twkler

  • İrade
    Noyabr 19, 2011 - 23:35

    İnanilmaz tesirlendim,gozlerim doldu.Qeleminize quvvet.UGURLAR!

  • Sevda
    Noyabr 21, 2011 - 21:40

    Bir sozle ela! Tebrikler!cox tesirlidi..sizi son zamanlar izleyirem.Gozel yazirsiniz.bele davam edin..Ugurlar!

  • Esmer
    Noyabr 21, 2011 - 21:48

    Cox tesirli idi.Gozelliyiniz qelbinize,qelbiniz hisslerinize,hissleriniz de dusuncelerinize yansiyib.bolusduyunuz ucun tesekkurler!Ugurlar

  • Adil
    Noyabr 22, 2011 - 11:13

    Mohtesemdi Superdi. Kaski indiki zemanede bele bir sevgi olardi

  • Vuqar
    Noyabr 24, 2011 - 00:22

    Tek kelime ile super!Ugurlar

  • Arif Penahoglu.
    Noyabr 25, 2011 - 15:16

    Sebine xanim,cox-cox heddinden artiq cox gözel.Meni cox tesirlendirdi sizin bu metnce kicik,amma mezmunca,tesirce,deyerce cox böyuk qiymete laiq eseriniz…Ehsen…Duzu fexr eledim sizinle..

  • fexriyye
    Noyabr 29, 2011 - 11:56

    super.siz cox gozel hekayeler yazirsiniz.cirpinan ureyiniz,yazan eliniz var olsun.

  • Esmer
    Dekabr 2, 2011 - 17:51

    Ellerinize,dusuncelerinize sagliq Sebine xanim.Esl sevgi ile qurulan aile bele olmalidir.Indi insanlar sevgi nedir unudublar.Mence bu yaziniz gencleri dusunmeye vadar edecek.

  • SAHILSIZDENIZ
    Dekabr 6, 2011 - 13:31

    eh menim ilk mehhebetim yaddima dusdu..haminiza sualim var neden ilk mehebet unudulmur

  • Elman
    Dekabr 11, 2011 - 17:14

    Yaxşı movzudur xususilədə gənclər üçun.
    Ayrılıq adlı namərddən özünüzü gözləyin.
    Sevgi etibar və dözüm daima yanınızda olsun.
    Nədənsə İsmayıl Şıxlının Məni İtirməyin hekayəsin xatırladm.

  • Aynur
    Aprel 20, 2012 - 18:14

    Teshekkurler,supper

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər