Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi

1524

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, vətəndaşlar saat 11:00-dan etibarən mənzil seçmək üçün sayta daxil olub. Ancaq qısa müddət ərzində sayta giriş çox olduğundan yenə də sistem çöküb. 

MİDA məsələylə bağlı məlumat yayaraq mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.

Qeyd edək ki, satışa çıxarılan mənzillər mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.

Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər