Soyğunçuluq etməkdə şübhəli bilinənlər tutulub

754

Sumqayitxeber.com Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, yanacaqdoldurma məntəqələrindən soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elşən Əhmədov və İmişli rayon sakini Yengibar Abbasov tutulmuşlar

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də M.Davudoğlu küçəsindəki yanacaqdoldurma məntəqəsinin operatoru Xəyyam Şıxova, dekabrın 10-da Atatürk prospektindəki yanacaqdoldurma məntəqəsində opranın operatoru Dilavər Cəfərova və dekabrın 12-də C.Xəndan küçəsindəki yanacaqdoldurma məntəqəsində oranın operatoru Orxan Bayramova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş, Elşən Əhmədov və İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Yengibar Abbasov tutulmuşlar.

Qrupun digər üzvü də müəyyən edilmiş, onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər