Sükanı, pedalı olmayan çarpayılı avtomobil— FOTOLAR

1161

“Volvo” şirkəti növbəti konsept layihəsini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, yeni layihə tam avtonom idarəetmə sistemi ilə təchiz edilib.

“Volvo 360c” ənənəvi idarəetmədən məhrum edilib. Amma unikal interyerə malikdir. İki kreslolu, divan və açılıb-yığılan masası olan salonu yataq otağına çevirmək mümkündür.

Mühəndislər ehtimal edirlər ki, bu layihə təyyarələrə rəqib olacaq.

Layihə müəlliflərinin fikrinə görə, iki yaxın şəhər arasındakı məsafəni istirahət edərək qət etmək mümkün olacaq. Bu isə hava limanına gedərək, təyyarənin oturacağına uzanmaqdan daha komfortludur.

Mühəndislər ehtimal edilən bir neçə şəhər arasındakı marşrutu kompüterin yaddaşına köçürüblər. Sürücü çarpayını açaraq rahatlıqla yata bilər və yuxudan ayılanda özünü gedəcəyi şəhərdə görə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər