Sumayıtlı telejurnalistin evini taladılar

657

Sumqayıt şəhərində mənzillərdən birini soyublar. Lent.az-ın məlumatına görə, müxtəlif televiziya şirkətlərində redaktor vəzifəsində çalışmış, son olaraq Sumqayıtın “Dünya TV” kanalında xəbərlər departamentinin rəhbəri olmuş telejurnalist Nizami Rəsulovun evi naməlum şəxs və ya şəxslər tərəfindən talan edilib.

Məlumata görə, 1984-cü il təvəllüdlü Rəsulov Nizami Hasil oğluna məxsus mənzil tamamilə qarət olunub. Evdə olan bütün qiymətli əşyalar, 1000 manat dəyərindəki televizor, qədim xalçalar, elektrik avadanlıqları, qab-qacaq, hətta qədim gümüş qaşıqlar da aparılıb.

Hadisə ilə bağlı Lent.az-a məlumat verən telejurnalist N.Rəsulov ailə vəziyyəti ilə əlaqədar bu il yanvarın 12-dən rayonda olduğunu və bir neçə gün əvvəl Sumqayıta qayıtdığını dedi: “Evə daxil olanda gözlərimə inanmadım, bir taxt, bir də divan qalmışdı, yəqin gücləri çatmayıb. Oğurluq da evdə kimsə olmayan müddətdə, bəlkə də yanvarda baş verib”.

N.Rəsulov onu da bildirdi ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a bildirdilər ki, fakt üzrə araşdırmalar aparılır və zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Nizam RZA, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər