Sumqayıt bulvarında wi-fi quraşdırılacaq

917

Sumqayıtın Dənizkənarı bulvarında wi-fi quraşdırılacaq. Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekommunikasiya Qovşağı (STQ) tərəfindən həyata keçiriləcək.

Sumqayıt Telekommunikasiya Qovşağından bildiriblər ki, artıq şəhər sakinləri və qonaqlar Dənizkənarı bulvarda pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrdən bir quraşdırılacaq.

Qeyd edək ki, Sumqayıt Dənizkənarı bulvar ərazisinin gələn il “İctimai internet” şəbəkəsinə daxil edilməsi nəzərdə tutulub. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, sürət həddi və saat limiti beynəlxalq standartlara əsasən müəyyənləşdirilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər