Sumqayıt Dövlət Texniki Kollecin 50 illik yubileyi qeyd ediləcək

1175

21 oktyabr 2009-cu il tarixdə Sumqayıt Dövlət Texniki Kollecin yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Tədbir Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında baş tutacaq. Qeyd edək ki, Kollec 1959-cu ildə Sumqayıt Kimya – Texnologiya Texnikumu adı altında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmri ilə “Sumqayıt Texnologiya Texnikumu”nun adı dəyişdirilərək “Sumqayıt Dövlət Texniki Kolleci” adlandırılıb. Hazırda kollecdə 146 nəfər müəllim çalışır, 1141 nəfər tələbə təhsil alır. Kollecdə 3 əyani – “Avtomobil nəqliyyatı”, “Gömrük və laboratoriya diaqnostikası”, “Əmək təlimi və iqtisadiyyat” və 1 qiyabı şöbəsi fəaliyyət göstərir. Kollecin 19 tədris otaqları, 7 laboratoriya və mexaniki-çilingər emalatxanası vardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər