Sumqayıt Dövlət Universitetində məzun günü keçirilib

684

Sumqayıt Dövlət Universitetində məzun günü keçirilib. 50-ci məzunların buraxılış günündə universitetin rəhbərliyi, müəllim və professor heyəti, tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhramanov bildirib ki, Sumqayıt Dövlət Universiteti ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə, 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmışdır. SDU-nun 46 kafedrasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 5 müxbir üzvü, 40 elmlər doktoru, proffesor, 140 elmlər namizədi, dosent, 200 nəfər baş müəllim və asisitent, 20 aspirant, 80 dissertant, 10 doktorant fəaliyyət göstərir. 5 elmi – tədqiqat laboratoriyada 30 elmi işçi elmin müxtəlif problemləri ilə məşğul olurlar.

Məzunları təbrik edən rektor əmin olduğunu bildirib ki, təhsil aldıqları dövrdə olduğu kimi bundan sonrakı dövrlərdə SDU-nun məzunları dövlətimizə, dövlətçiliyimizə sadiq qalacaq, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursa dəstək verməkdə davam edəcəklər.

Daha sonra tədbirdə çıxış edən millət vəkili, professor Musa Qasımlı, AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti Yaşar Şamilov və başqaları da məzunları təbrik edib, onlara həyatlarının bundan sonrakı illərində uğurlar arzu ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

 

Sumqayıt Dövlət Universitetinin mətbuat xidməti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər