Sumqayıt Dövlət Universitetində REFRESH layihəsinin infosessiyası keçirildi

373
Noyabrın 21-də Sumqayıt Dövlət Universitetində Avropa Birliyinin Erasmus fondu tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması-REFRESH” layihəsinin məlumat günü keçirildi.
Tədbirin məqsədi SDU-nun da tərəfdaş olduğu bu layihənin ölkəmizdə bərpa olunan enerji sahəsində maarifləndirməni artırmaqla Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etməklə ali təhsil müəssisələrində müvafiq sahə üzrə mövcud potensialı artırmaqdır.
Layihənin koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, Danimarka Texniki Universiteti, İsveçin Kral Texnologiya İnstitutu) və 6 yerli universitet (Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti) tərəfdaş qismində çıxış edir.
REFRESH layihəsi çərçivəsində ilk təlimlərdə iştirak etmək üçün 3-9 dekabr tarixlərində Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov İtaliyanın Bolonya şəhərinə ezam olunacaq.
Qeyd edək ki, interaktiv formada keçən tədbir sual-cavab sessiyası ilə davam etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər