Sumqayıt Dram Teatrında “Yusifin qəmi” tamaşasının premyerası olub

679

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Şirməmməd Nəzərlinin “Yusifin qəmi” pyesi əsasında dövlət sifarişi ilə hazırlanmış tamaşanın premyerası olub.

Şirməmməd Nəzərlinin islam.az-a verdiyi məlumata görə, premyerada Bakı və Sumqayıt şəhərlərinin teatr həvəskarları, elm və incəsənət adamları, teatrsevərlər iştirak ediblər. Tamaşada Yusif peyğəmbərin (ə) taleyi əks olunur. Obrazlar və kütləvi səhnələrlə zəngin olan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı isə Sevinc Həsənovadır.

Baş rolları xalq artisti Məzahir Süleymanov, Xatirə Süleymanova, Habil Xanlarov, Sədaqət Nuriyeva və başqaları ifa ediblər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov tamaşanı “teatr tarixində bir hadisə” kimi dəyərləndirib.

Xatırladaq ki, Ş.Nəzərlinin “Yusifin qəmi” əsəri Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Ən yaxşı pyes” ümumrespublika müsabiqəsində iki qalib səhnə əsərindən biridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər