Sumqayıt dünyanın ən gözəl turizm məkanlarından birinə çevrilməkdədir – VIDEOREPORTAJ

1120

Hər bir insan yorğunluğu qovmaq, il boyu iş prosesində itirdiyi enerjisini bərpa etmək haqqında düşünəndə ilk növbədə ağıla gələn istirahətdir. Amma bu xəyalların gerçəkliyə çevrilməsi üçün “məzuniyyəti harada keçirim” sualına cavab tapmalısan. Həm də elə etməlisən ki, sənin istirahətin ailə büdcəsini kəsrdə qoymasın.
Azərbaycanda, lap elə Sumqayıtda yaşayan sakinlərə bunun cavabını tapmaq üçün bahalı kurort və şəhərlərin sorağına çıxmağa elə də böyük ehtiyac yoxdur.
Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar. Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Novxanı çimərliyində çəkiliş apardığımz zaman əcnəbi qonaqlara da rast gəldik. Həm söhbətlərimiz Moskva şəhərindən gəlib. Çimərliyi çox sevirlər,ilk növbədə, ona görə ki, sumqayıtlılar həmişə olduğu kimi, bu gün də qonaqpərvər, mehriban və səmimidirlər. Daha dəqiq desək, burada istirahət edənlərə təkcə yüksək xidmət yox, həm də insani münasibət və qayğı göstərilir.
Söhbət etdiyimiz əcnəbi qonaqların danışıqlarından və gördüklərimizdən bu qənaətə gəldik ki,
Əslində bu reportajımızda bunun niyəsini açıqlamaq, kiməsə nəyisə anlatmaq fikrindən daha çox, Novxanı çimərliyində istirahət, xüsusilə çimərlik istirahəti üçün yaradılan şəraitdən, yüksək servis xidmətindən əhalinin, daha çox isə hər kəsin büdcəsinə uyğun olması fikrini diqqətə çatdırmaqdır.
Dəniz və günəş vannası qədər insan bədəni üçün qum da çox faydalıdır. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə səbəb olur və qan təzyiqini tənzimləyir. Revmatizm xəstəliyinin müalicəsi üçün effektlidir, bəzi dəri xəstəliklərini müalicə edir. yorğunluğu aradan qaldırır,antidepressan təsirə malikdir.
Havanın bir qədər küləkli olmasına baxmayaraq, çimərliyə gələnlərin sayı bizim gözləmədiyimiz şəkildə çox idi.Çünki,Xəzərin rahatlıq və sağlamlıq bəxş edən duzlu suyu və qızıl qumu misilsizdir.Duzlu dəniz küləyinin tumar çəkdiyi dalğalar sanki insanları öz qoynuna çağırırdı. Ailəvi istirahətə gələnlərin sayı artdıqca çimərlikdə azyaşlı uşaqların sayı da sürətlə artırdı.Yay tətilini daha səmərəli keçirtmək,sentyabrda dinc beyinlə dərsə başlamaq üçün bundan əla istirahət ola bilməz.
Ən önəmlisi buradakı təmizlik, səliqə-sahman, istirahət üçün yaradılmış rahat şəraitdir. Novxanı çimərliyində istirahət edənlərin sayı və kontingenti digər çimərliklərdən fərqlidir. Giriş pulsuzdur.burada qiymətlər əhalinin yaşayış səviyyəsinə uyğun tənzimlənir. Yəni insan istirahətə gəlirsə burada xərclədiyi vəsait sonradan onun gərginlik keçirməsinə səbəb olmamalıdır. Sumqayıt Şəhəri İcra Hakimiyyətinin nəzdində yay mövsümündə şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili məqsədi ilə, eləcəd də əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün xüsusi komissiya yaradılıb.
Ona görə də sahil boyu az qala, hər yer dolub. Bu ilk növbədə, xidmətin qiymətlərinin aşağı, keyfiyyətinsə yuxarı olmasından xəbər verir.

Qeyd edək ki,iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində 70 ölkə nümayəndələrinin iştirakı ilə Beynəlxalq Üstünlük və Liderilik Forumu keçirildi.Sumqayıtın yeni bulvarı da bu mükafata layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər