Sumqayıt gəncləri ekoloji maarifləndirmə aksiyasına qoşulublar

712

Sumqayıt gənclərindən ibarət könüllülər qrupu Xəzər dənizi sahilində yaradılan bulvar kompleksdə “Sumqayıt evimizdir – evimizi təmiz saxlayaq” devizi altında ekoloji maarifləndirmə və təbliğat aksiyasına başlayıblar.
Xeberle.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyaya şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənc könüllülər qoşulub. Ekoloji aksiyanın əsas məqsədi şəhər sakinlərinin kütləvi gəzinti məkanına çevrilən bulvarda yaradılan şəraitdən səmərəli istifadə etmək, təmizliyi və yeni salınan yaşıllıq ərazini, müxtəlif personajları özündə əks etdirən heykəlləri qorumaq, habelə əhalinin maarifləndirilməsindən ibarətdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər