Sumqayıt gəncləri üçün “İnnovativ Gənclər Sərgisi”

563

“Sumqayıt Tələbələr İttifaqı ” İctimai Birliyi Sumqayıt şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Sumqayıt gəncləri üçün “İnnovativ Gənclər Sərgisi” adlı layihəsini həyata keçirib.

Layihənin əsas məqsədi innovativ gəncləri ictimaiyyətə  təqdim etmək, gənclərin yeni bilik və bacarıqları aşılamaq, yeni – yeni yaradıcı işlərə motivasiya vermək, gəncləri yeni sərgilərə həvəsləndirmək idi.

Sərgidə Sumqayıt şəhərinin aktiv gəncləri o cümlədən Gənclər və İdman baş İdarəsinin nümayəndələri iştirak etmişdir.

Layihədə  10 nəfər gənc öz bacarıqlarını, yaratdıqları işləri  təqdim etmişdir. İşlər arasında veb səhifə, toxuma işləri, rəsm işləri, əldə hazırlanmış gil qablar və sairə maraqlı işlər təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər