“Sumqayıt hadisələri”nə nəzər salındı

691

Sumqayıt şəhər İcra Hakimiyyəti Gənclər və İdman Baş İdarəsi ilə birgə 1988-ci ilin fevral ayında ermənilər tərəfindən törədilmiş hadisələrin ildönümü münasibətilə 27 fevral 2012-ci il tarixində Sumqayıtın Tarix Muzeyinin konfrans zalında “Tariximizi unutmayaq!” adlı  dəyirmi masa təşkil etmişdir.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev tədbirdə çıxış edərək tədbirin keçirilmə məqsədindən danışmış, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, onun mahiyyətindən danışmışdır.

Geniş diskussiya şəraitində keçən tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun, Sumqayıt hadisələrinin tədqiqatçıları tanınmış publisist Eyruz Məmmədovun, Sumqayıt Dövlət Universitetinin professorları Həsən Sadıqovun, Ramazan Məmmədovun və başqalarının çıxışlarında Sumqayıt hadisələri müfəssəl olaraq bir daha təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi. Xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində şəhərdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər