Sumqayıt haqqında verilən xəbər yanlışdır – CAVAB

702

“Bu tamamilə yalan məlumatdı. Görünür ki , dünyanın ən çirkli 8 şəhəri sırasına Sumqayıtı salanlar SSRİ dövründəki statistik məlumatdan istifadə ediblər. Bu gün Sumqayıt çox inkşaf edib və çirklənmənin midarı isə əvvəlki illərlə müqayisədə azaldılıb” bunu sözləri Simsar. az-a açıqlamsında Bakı Dövlət Unverstetinin Ekologiya Fakultəsinin dekanı Şövqü Göyçaylı bildirib.

Texnika elmləri nazmizədi, dosent Fuad Məmmədov isə bunları deyib.“Bu göstərici olduqca yanlışdır. Kohnə göstəricidir. Əvvəlki illərlə müqayisədə Sumqayıtdakı fabriklərin bir çoxu bağlanıb. Hazırda isə yeni texnologiyaya keçiblər. Bunun sayəsində çirklənmənin faizi azaldılıb.Əvvəlki rəqəmlərlə indiki vəziyyəti eyni götürmək olmaz. Dünyanın ən çirkli şəhərləri Asyada, Hindistanda və başqa ölkələrdədir. Sumqayıtı bura aid etmək olmaz”.

Qeyd edək ki, bu gün ekoloqlar sağlamlıq üçün təhlükəli olan dünyanın 8 şəhərini açıqlayıblar. Bu yaşayış məntəqələri planetin ən çirkli əraziləri kimi qiymətləndirilib. Təhlükəli səkkizliyə Azərbaycanın “gənclər şəhəri” – Sumqayıt da daxil edilib.

Aynur Bayramova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər