“Sumqayıt” ilkə imza atdı!!!

585
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. İclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarışlarında, 8 isə Premyer Liqa klub yarışlarında) sənədlərinə baxılıb.
“Sumqayıt” Futbol Klubu 2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını uğurla yerinə yetirdiyi üçün lisenziyalaşdırmadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, “Sumqayıt” Futbol Klubu indiyə kimi Sumqayıt şəhərini Azərbaycan Premyer Liqasında təmsil edən futbol klubları arasında lisenziya alan ilk klubdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər