Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi gələn il fəaliyyətə başlayacaq

660

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi ilə bağlı hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bu gün Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşündə bildirib. Nazir qeyd edib ki, Peşə Tədris Mərkəzinin gələn il fəaliyyətə başlaması nəzərdə tutulur.

O. Hauzer deyib ki, peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması zəruridir. Qonaq layihənin işçi qrupunun yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər