Sumqayıt məktəbliləri Xocalını belə andı – FOTOLAR

1279

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin kollektivinin və şagirdlərin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş  “Xocalı harayı” adlı anım tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt şəhərində fəaliyyət göstərən təhsül müəssisələrinin nümayəndələri, şagirdlər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə məktəblilərin ifasında   “Mən Xocalıyam”, “Xocalı” mahnısı,  Xocalı bayatıları,  “Bizi unutma!” , “Məhv olmuş ailənin dramı”,  “Ya Qarabağ,  ya ölüm”, “Qalx ayağa, Azərbaycan əsgəri!”,  “Bu gün hamı Vətən desin!”,  “Qarabağ Azərbaycandır və Nida”  dəbi – bədii kompozisiyalar nümayiş olunub. Tədbirin rejisoru və musiqi tərtibatçısı Maya Heydərqızıdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər