Sumqayıt məktəblilərinin hərbi paradı

746

Sumqayıt şəhərində məktəblilərinin paradı keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illiyi ərəfəsində təşkil edilən bu paradda 3 mindən çox məktəbli iştirak etmişdir. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, Milli Ordunun əsgərləri, hərbi orkestr, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər zirehli texnika maketləri və Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olmuş “Difai” təşkilatını tərənnüm edən 20 atlıdan ibarət süvari dəstə də iştirak etmişdir. Paradı şəhər rəhbərliyi ilə birlikdə on minlərlə sakin izləmişdir.

Məktəblilərin paradı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmiş sumqayıtlılara bir daha  bayram təntənəsinin sevincini yaşamağa imkan vermişdir.

Onu da qeyd etmək vacibdir ki, Sumqayıt şəhər rəhbərliyinin tövsiyəsiylə məktəblilərin hərbi paradı üçüncü dəfə keçirilir. Ənənəyə çevrilmiş bu tədbir şagirdlərin milli-mənəvi dəyərlərimizin qorunması və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması işində, həmçinin onların fiziki cəhətdən sağlam böyümələrində müstəsna əhəmiyyət kəsb edir.

 

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər