Sumqayıt polisi “Ümid”in qərargahını boşaldıb-YENİLƏNİB

874

Ümid Partiyası sədrinin müavini Aynur İmranova facebook səhifəsində yazıb ki, hal-hazırda Sumqayıt şəhərində genişləndirilmiş toplantı keçirən Ümid partiyasının qərargahını polislər hücum edib. Polislər qərargahı boşaldıb, partiyanın mərkəzi apparatından olan və Sumqayıt şəhər Ümid təşkilatının rəhbərliyin polis aparmağa çalışır. Hal hazırda qarşıdurma davam edir.

Sumqayıt şəhər Polis İdarəsinin Növbətçi hissəsindən isə partiyanın toplantısına müdaxilə olmadığı deyilir:

«Yalan məlumatdır. Heç bir müdaxilə olmayıb. Bizə də məlumat veriblər, göndərmişik, bir şey yoxdur. Saxlanılanlar da yoxdur»

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Məhəmməd
    Aprel 22, 2013 - 15:11

    Əhalinin arasında yalan məlumat yaymaqla Sumqayıt polisinin imicinə xələl gətirənlər tapılmalı və müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Bu Umid partiyası imicini qaldırmaq üçün məlumat verirlər. Sonra da boyunlarından atırlar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər