Sumqayıt QHT-lərinin şikayəti təmin olunmadı

723

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası  növbəti maliyyə yardımı müsabiqəsinin nəticələrilə bağlı Şuraya daxil olmuş müraciətlərə baxıb.

Müsabiqəsinin nəticələri ilə bağlı apelyasiya komissiyasına Sumqayıtın 2 QHT-sindən ərizə daxil olub. Demokratik Gənclər İctimai Birliyi və  “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi tərəfindən ünvanlanmış şikayət Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında  müzakirə olunub və Şuranın həmin layihələr üzrə qərarını qüvvədə saxlayıb.

Müzakirələrdə layihələrin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat və layihə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Gələcəkdə layihələrin daha aktual mövzulara həsr edilməsi, eləcə də layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin praktik əhəmiyyətinə xüsusi diqqət verilməsi tövsiyə edilmişdir.

Demokratik Gənclər İctimai Birliyinin sədri Ramil Süleymanlı sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, onlar hələ ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tövsiyyəsini əldə etməyiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər