Sumqayıt şagirdlərinin türk yazıçısı ilə görüşü keçirilib – FOTO

487

Artıq neçə ildir ki, Təhsil Nazirliyinin də dəstəyi eTwining çərçivəsində  layiəhələr keçirilir.

Mersin Mezitli İmam Hatip Orta Məktəbi və Şəhid Erol Olçok İmam Hatip Orta məktəbinin və Azərbaycandan Sumqayıt 29 nömrəli tam orta məktəbin orta layihəsi olan  “Kahramanım Çocuk 2.0”  çərçivəsində şagirdlərin  “Super Gazeteçiler” kitabının müəllifi Türkiyədən uşaq ədəbiyyatı yazıçısı Aytül Akalla görüş olub.

 “Kahramanım çocuk 2.0” eTwinning Layihəsinin şagirdləri uşaq ədəbiyyatının dəyərli müəllifi Aytül Akalla onlayn müsahibə keçirib. Söhbəti Mezitli İmam Hatip orta məktəbinin Türkcə müəllimi Bengül Biroğlu Şahbaz idarə edirib.

Görüşdə layihə tərəfdaşı olan məktəblərin şagirdləri və valideynləri böyük maraq göstərdilər. Aytül Akala müəlliflik və kitablarla bağlı çoxlu suallar verilib. Suallara səmimi cavab verən müəllif tələbələrə ömürləri boyu oxumaqdan heç vaxt imtina etməməli olduqlarını bildirib.

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Quliyeva bildirib ki, Bu, tənqidi oxu metoduna əsaslanan kitab oxuma layihəsidir: “Layihə Mersinin müxtəlif rayonlarından doqquz məktəb, Şanlı Urfadan bir məktəb və Azərbaycanın Sumqayıt şəhərindən 29 nömrəli orta məktəbi əhatə edən beynəlxalq layihədir. Layihədə orta sinif şagirdləri hər ay uşaq kitabı oxuyur, onlayn olaraq həmyaşıdları ilə kitabı qiymətləndirir, kitabla bağlı texnologiyaya əsaslanan fəaliyyətlər həyata keçirirlər. Layihədə türkiyəli müəllimlərlə yanaşı, ingilis dili, riyaziyyat və elm sahələrinin müəllimləri də iştirak edir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər