Sumqayıt sakini özünü 9 mərtəbəli binanın damından atdı

722

Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gecə şəhərin 13-cü mikrorayon ərazisində, ev 55 ünvanında qeydə alınıb.

Orada yaşayan, 67 yaşlı Fərahim İmanov yaşadığı 9 mərtəbəli binanın damından özünü atıb. Nəticədə F. İmanovun bədəni bir neçə hissəyə bölünüb. O, aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib.

Hadisənin nə səbəbdən baş verməsi Şəhər Prokurorluğu tərəfindən araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər