Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “pilot layihə” çərçivəsində yaradılan “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişin daşınmasının inkişafı sahəsində tədbirlərin icrasını davam etdirir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Sumqayıtda bu sahədə aparılan nəqliyyat–logistik islahatlar nəticəsində yaranan idarəetmə sistemi ardıcıl və davamlı olaraq təkmilləşir, yollarda tıxac problemi aradan qaldırılır, sərnişin məmnunluğu yaradılır.
2017 ci ilin ilk günlərindən Sumqayıt şəhərində ictimai sərnişin nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən iritutumlu sərnişin avtobuslarının gətirilməsi istiqamətdə işlər davam etdirilir. İlkin mərhələdə gətirilən yeni avtobuslar 3,8,15 və 26 saylı marşrut xəttinə buraxılıb,mərhələli şəkildə digər xəttlərə də yeni avtobuslar buraxılacaq.Yeni avtobuslarla yanaşı həmin yollar da təmir edilir. Qeyd edək ki, 3 saylı marşrut Hacı Zeynalabdin Tağıyev və Sumqayıt şəhəri xətti üzrə hərəkət edir, 26 saylı marşrut isə Yaşma bağları ilə Sumqayıt üzrə hərəkət edir.Bu xəttlərdə fəaliyyət göstərən marşrutlar artıq istismar müddətin başa vurmuşdu və yararsız hala düşmüşdü. “Avro-5” və “Avro-6” standartlarına cavab verən müasir “Akia”,İsuzi”,”Karsan” markalı avtobuslar əvvəlkilərdən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Şəhər sakinləri yaradılan şəraitdən çox razıdırlar.
Sərnişinlər kimi sürücülər də sevinir.Həm rahat avtobus idarə edirlər,həm də sərnişinlərə keyfiyyətli xidmət göstərirlər.
Almaniya istehsalı olan, Türkiyədə yığılan “AKİA” markalı avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. “İsuzi” markalı avtobuslarda isə 25 oturacaq var və cəmi 69 nəfər tutur. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var. Şəhər daxilində xüsusi nəqliyyat la təhciz edilmiş nəzarətçilər var. Onlar avtobusların iş qrafikini,iş prinsipini hər gün səhər saat 5-dən axşam saat 12-yə qədər nəzarətdə saxlayırlar.
Şəhərin Dənizkənarı Bulvarına yeni 1 saylı marşrut xətti açılıb.Yay aylarında istirahətə getmək istəyən sakinlər birbaşa 1 saylı marşrut vasitəsi ilə bulvara asanlıqla gedə bilər.
Bundan başqa, müvafiq ərazilərdə müasir tipli dayancaqların yerləşdirilməsi də görüləcək işlər siyahısındadır. Artıq bu məqsədlə şəhərin müxtəlif yerlərində dayanacaqlar quraşdırılıb. Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Artıq bu istiqamətdə xeyli iş görülüb.