Sumqayıt Şəhər Bələdiyyəsində yanğın baş verib

742

yangin1_234245224Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, yanğın Sumqayıt Şəhər Bələdiyyəsinin yerləşdiyi binada baş verib. Ümumi sahəsi 500 kvadratmetr olan ikimərtəbəli binanın yanar konstruksiyaları və oradakı əşyalar 30 kvadratmetr sahədə tamamilə yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı təhqiqat aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər