Sumqayıt şəhər İcra Hakimiyyəti: “İcarədarlara alternativ variantlar təklif olunacaq”

2775

“Bəzi sahibkarlarla artıq razılıq əldə olunub və özləri obyektlərini boşaldıb və özləri də söküntü işlərini aparacaqlar. Bu obyektlərdə yerləşən icarədarlara da alternativ variantlar təklif olunacaq.”
Bu fikirlər Sumqayıt şəhər İcra hakimiyyətinin açıqlamasında yer alıb. Sülh küçəsinin genişləndirilməsi ilə əlaqədar olaraq obyektlərin sökülməsinə gəlincə isə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər ki, şəhərin baş planına uyğun olaraq küçənin genişləndirilməsinə artıq başlanılıb: “Biz obyekt sahiblərinin narahatçılığını anlayışla qarşılayırıq. Çalışırıq ki, hər bir sahibkarla fərdi qaydada danışıqlar aparaq və ortaq razılığa gələk. Amma onu da nəzərə alırıq ki, həmin küçə boyunca yerləşən binalarda yaşayan şəhər sakinləri də obyektlərin mövcudluğundan narahatdır. Belə ki, bu küçədə hər hansı bir fövqaladə hal baş versə, bina sahibləri təhlükə qarşısında qalacaq. Bu küçədə bir çox hallarda yaşayış binalarının arxa tərəfinə giriş qeyri mümkündür. Bununla yanaşı bu küçə boyunca mövcud obyektlərin əksəriyyətinin altından yüksək təzyiqli qaz , su boruları keçir. Təsəvvür edin, hər hansı bir təhlükəli hal yaranarsa vəziyyət necə olar. Bir daha qeyd edirik ki, biz obyekt sahiblərinin maraqlarını da nəzərə almağa çalışırıq. Bu məqsədlə hər biri ilə fərdi qaydada görüşüb danışıqlar aparırıq.”(sumqayitxeber.com)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər