Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi saytı yeniləndi

726

Uzun müddətdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin “sumqayit-ih.gov.az” domen ünvanında yerləşən rəsmi saytı fəaliyyət göstərmir. Bu günlərdə saytın dizaynında yenilik edilib. Digər şəhər və rayonların  icra hakimiyyətlərinin rəsmi saytlarının tərtibatından seçilməyən saytın məzmununda isə hələ ki yenilik yoxdur.

Qeyd edək ki, «Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi informasiya açıqlığı üzrə ictimai informasiya subyektlərinin monitorinqinin nəticələrinə görə şəhərlər üzrə ən aşağı informasiya açıqlığı göstəricisi Sumqayıt Şəhər İH əldə etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər