“Sumqayıt Şəhər” kapitanını da itirdi

1143

Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” “Simurq”la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün “Dalğa Arena”da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir.

Əsas milli və U-21-in heyətindən qayıdan Andrey Popoviç, Bədavi Hüseynov, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev və Hacı Əhmədov sabahdan etibarən komandaya qoşulacaq. 17 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsindən qayıdan Orxan Əliyevlə Şamil Cəmaləddinov səhər məşqində iştirak edib. Zədəsini sağaltmış Abdulla Abatsıyev də artıq komandaya qoşulub.

Zədəli olan Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimova Ruslan Nəsirli və Samir Abasov da qoşulub. Məşqdə zədələnən klubun kapitanı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.  Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər