“Sumqayıt Şəhər Onkoloji Xəstəxanasının tikintisi nəzərdə tutulub” – RƏSMİ AÇIQLAMA

771

Son illərdə respublikada xeyli sayda xəstəxanalar təmir edilib, yeni tibb müəssisələri tikilib və müasir avadanlıqlarla təhciz edilib.
Lakin təmir olunan tibb müəssisələri ilə yanaşı, hələ də yenidən bərpa ediləcəyini gözləyən xəstəxanalar da var. Biri elə Sumqayıt Şəhər Onkoloji Xəstəxanası.
Sosial şəbəkələrdə həmin xəstəxanadan paylaşılan şəkillər göstərir ki, burada müalicə almaq bir yana, insanlar əlavə xəstəliklər də tapar.  Son illər dünyada və ölkəmizdə onkoloji xəstəliklərin və bundan ölən insanların sayı sürətlə artır.
Hətta Ümumdünya Səhiyyə Təşkilatı qarşıdakı illərdə onkoloji xəstəliklərdən ölənlərin sayının artacağı barədə məlumatlar yayılır. Buna qarşı bütün dünyada mübarizə aparıldığı bir vaxtda belə əhəmiyyətli xəstəxananın bu vəziyyətdə olması birmənalı qarşılanmır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, son bir neçə il ərzində 600-ə yaxın tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib: “Lakin təmirə ehtiyacı olan müəssisələr də var ki, onların da təmir və yenidən tikilişinə dair təkliflər verilib.  “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın layihəsində Sumqayıt Şəhər Onkoloji Xəstəxanasının tikintisi Səhiyyə Nazirliyi tərəfindən nəzərdə tutulub”.(modern.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər