Sumqayıt Şəhər Polis İdarəsi üçün yeni bina tikilir

852

Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 2, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) MST-nə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, qrupun üzvləri Sumqayıt MST-nə və polis bölmələrinə başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.
MST-də 30-dan artıq saxlanılan şəxslə, o cümlədən inzibati qaydada həbs olunanlarla söhbət aparılıb, onlara hüquqları izah olunub. Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Sumqayıt ŞPİ rəisi ilə söhbət zamanı o, rəhbərlik etdiyi idarə üçün artıq müasir standartlara tam cavab verən yeni binanın bünövrəsinin qoyulduğunu söyləyib.
Qrupun üzvləri Abşeron RPŞ-nin MST-nə də baxış keçirib, burada saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Baxış keçirilən müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.Atif Eyvazov/AZADİNFORM

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər