Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən çıxarılıb

1151

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Mehdi Hümbətov tutduğu vəzifədən azad edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhər Polis İdarəsində kütləvi yoxlamalara başlayıb.

Həyata keçirilən yoxlamalar nəticəsində polis idarəsində bir sıra nöqsanlar aşkar edilib.

Bunun nəticəsində Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Mehdi Hümbətov və onun əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyev daxili işlər nazirinin əmri ilə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Məlumatda, idarənin daha bir neçə əməkdaşının da işdən çıxarıldığı bildirilsə də, onların adları açıqlanmayıb.

Sumqayıt şəhər Polis İdarəsinə hələlik rəis təyin edilməyib.

DİN-dən rəsmi məlumat almaq mümkün olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər