Sumqayıt Şəhər Prokuroru Dağlar Zeynalov əlaçı şagirdlərlə görüşüb

1466
1 Oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan və Sumqayıt “Araz” Kursunun müdiri Əvəz Qasımov, eləcə də bir qrup əlaçı şagirdlər Sumqayıt Şəhər Prokuroru Dağlar Zeynalovla görüşüblər.
Görüş zamanı qonaqlar əvvəlcə  D. Zeynalovu prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik ediblər və bu mühüm vəzifədə ona işlərində müvəffəqiyyətlər arzulayıblar.
Sonra şagirdlərinin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat veriblər.
Prokuror Dağlar Zeynalov səmimi təbrikə görə liseyin və “Araz” Kursunun müdirlərinə təşəkkür edib. Bu təhsil ocaqlarının pedaqoji kollektivlərinin yüksək məsuliyyətlə işləyərək, nailiyyətlər əldə etmələrindən məmnun olduğunu bildirib və bundan sonra da var qüvvələrilə çalışdıqlarına əmin olduğunu deyib. Sumqayıt Özəl Türk Liseyinin və “Araz” Kursunun aparıcı təhsil müəssisəsləri olduğunu qeyd edib. Onlara təhsildə uğurlar diləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər