Sumqayıt şəhər sakinini hədələyərək ondan 51 manat almış Maştağa qəsəbə sakinləri tutulub

696

Sumqayıt şəhər sakini İ.Quliyevi bıçaqla hədələyərək ondan 51 manat almış Maştağa qəsəbə sakinləri B.Zeynalov və E.Bağırov tutulub.

sumqayitxeber.com saytı Daxili İşlər NAzirliyinə istinadən məlumat verir ki, saat 10.00 radələrində 2 naməlum şəxs Sabunçu rayonu Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini İlqar Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomaşına sərnişin qismində oturub Maştağa qəsəbəsinə gedəcəklərini bildirmişlər. Albalılıq bağlar yaşayış sahəsində onlar İ.Quliyevi bıçaqla hədələyərək ondan 51 manat almışlar. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhmən Zeynalov və Etibar Bağırov tutulmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər