Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur – FOTOLAR

778

Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur, müasir avadanlıqlarla təchiz edilir. Xəstəxana ərazisində yeni qazan və generator quraşdırılıb ki, bu da tibb ocağının fasiləsiz istilik və elektrik enerjisi ilə təminatına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, xəstəxananın dördmərtəbəli yoluxucu korpusunun kommunikasiya xətləri və döşəməsi müasir tələblərə uyğun yenilənib, havalandırma sistemi quraşdırılıb. Binanın qapı və pəncərələri dəyişdirilib. Palatalar, avadanlıqlar yenilənib. Bir sözlə, uşaqların müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.

Təmirə ehtiyacı olan digər hissədə isə yenidənqurma işləri mart ayında yekunlaşacaq.

Xəstəxananın üçmərtəbəli somatik korpusunda da təmir işləri aparılıb, istilik xətləri yenilənib. Yeni doğulmuşların reanimasiya zalında körpələrin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şöbədə manipulyasiya və fototerapiya otağı da yenidən qurulub.

Qeyd edək ki, son bir ildə Sumqayıtda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri şəhərin simasını büsbütün dəyişib. Müasir görkəm alan şəhərin tibb müəssisələri də yenilənib. Yola salmağa hazırlaşdığımız ildə Sumqayıtın bir sıra tibb ocaqları – doğum evi, şəhər poliklinikası, qadın məsləhətxanası, onkoloji xəstəxana əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması və yaradılan şərait Prezident İlham Əliyevin şəhərə olan diqqətinin bariz nümunəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər