Sumqayıt şəhəri 12-ci mikrorayonda yararsız ərzaq məhsulları aşkarlanıb

1016

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdə verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov
rayonunda yerləşən «Hüseyn market»də, «Samir market»də, «Ata market»də, «Lyuks market»də, «Abşeron market»də, «Əsmər market»də, «Dəniz market»də, «Tiso market»də, Natiq Hüseynova məxsus mağazada, Gəncə şəhərində «Stop» və «Tural» ərzaq malları mağazalarında, Sumqayıt şəhəri 12-ci mikrorayonda Rəşad Qasımova məxsus ərzaq malları mağazasında və Xudat şəhərində yerləşən «Dubay» ticarət mərkəzində ümumi çəkisi 530 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları – kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, balıq məhsulları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 13 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 45 hüquqi şəxsə 173 min manat, 337 fiziki şəxsə 506 min manat cərimə tətbiq olunub.

Ria.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər