Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb

1112

seki

Sumqayıt şəhərində dəm qazından iki boğulma faktı qeydə alınıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hər iki hadisə dekabrın 9-dan 10-a keçən gecə baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Samirə Əhədova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb. Daha bir dəm qazı faciəsi isə 50 yaşlı Nadir Paşayevin ailəsində qeydə alınıb. Dəm qazından zəhərlənən N. Paşayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hər iki fakt üzrə araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər