Sumqayıt şəhərində 31 yaşlı oğlan xüsusi amansızlıqla qətlə yetirilib

706

 

Sumqayıt şəhər Prokurorluğundan bildirilib ki, hadisə ötən gecə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 40/45 ünvanında qeydə alınıb. Şəhər sakini, 31 yaşlı Ramil Əliyev naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. R. Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin onun tanışı, 1966-cı il təvəllüdlü Muxtar Nəcəfov olduğu məlum olub. Hadisəni törədən M. Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər