Sumqayıt şəhərində altıncı mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb

998

Sumqayıt şəhərində doqquz mərtəbəli binanın altıncı mərtəbəsindən yıxılan 10 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Elvin Emin oğlu İsayev yaşadığı doqquz mərtəbəli yaşayış binasının altıncı mərtəbəsində, eyvandan yerə düşüb. Hadisədən dərhal sonra 10 yaşlı E. İsayev Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər