Sumqayıt şəhərində “Ətraf Mühit Kəşfiyyatçıları” layihəsinə start verildi

605

Sumqayıt şəhəri 43 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qaliblərindən biri olan “Ətraf Mühit Kəşfiyyatçıları: Şagirdlər arasında Ətraf Mühit Maarifləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib.

Layihənin əsas məqsədi məktəbin 7-ci, 8-ci və 9-cu sinif şagirdləri üçün “Eko Radar” adlı proqram vasitəsilə ətraf mühitdə baş verən müsbət və mənfi dəyişikliklər barədə məlumatlılığı artırmaqdır. Həmçinin şagirdlər ətraf mühit problemlərinin həllinə təşəbbüs göstərməyə təşviq ediləcəklər.

Layihə rəhbəri, Sumqayıt 43 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Tərlan qızı Mahmudova çıxış edərək bu cür təşəbbüslərin gənc nəsildə ekoloji düşüncə və məsuliyyət formalaşdırmaq baxımından əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində müəllimlər və şagirdlər  iştirak edərək layihənin hədəfləri barədə ətraflı məlumat alıblar. “Ətraf Mühit Kəşfiyyatçıları” layihəsi ətraf mühitin mühafizəsinə yönəlmiş addımların məktəblilər arasında daha geniş yayılmasına dəstək verəcək.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər