Sumqayıt şəhərinin rəsmiləri Rustavidədir

1008

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Gürcüstanın Rustavi şəhərinədir. Azərbaycandan getmiş nümayəndələr Rustavi şəhərinin qurulmasının 61 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edirlər. Sumqayıt və Rustavi Sovetlər dövründən, 60-cı illərdən bir-birilə isti münasibət quran şəhərlərdir. 2007-ci ildə isə münasibətlər rəsmiləşdirilib və Sumqayıtda iki şəhər arasında qardaşlıq müqaviləsi imzalanıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev iki şəhər arasında tarixi qardaşlıq ənənəsinin davamı üçün Rustaviyə gəldiklərini bildirib: “Sumaqayıt indiyədək 11 şəhərlə qardaşlaşıb. Ancaq, ilk qardaş şəhər məhz Rustavidir”. Rustavi şəhərinin meri Mamuka Çikovani də Sumqayıt şəhərinin onlar üçün əziz olduğunu söyləyib. Çikovani hər iki şəhərin oxşar cəhətlərinə diqqət çəkib: “Sumqayıt da, Rustavi də eyni vaxtda qurulub (Sumqayıt 1949, Rustavi 1948 – V.B.). Hər ikisi sənaye şəhəridi”. M.Çikovani xalqların bir-birinə dost olması amilindən başqa, bu oxşarlıqların da şəhərlərin yaxınlaşmasına, əməkdaşlığına təsir etdiyini deyib. Sumqayıt və Rustavi hər ikisi sənayə şəhəri olduğundan iki şəhər arasında sənaye yönümlü məsləhətləşmələr aparılacaq, mümkün əməkdaşlıq yolları təklif olunacaq. Rustavi şəhər günləri bir həftə rəsmi və qeyri-rəsmi tədbirlərlə davam edəcək. Bu tədbirlərdə iştirak etmək üçün Rustavinin qardaş şəhəri olan başqa 4 ölkədən şəhər rəhbərləri Gürcüstana gəliblər. Vüqar BABA Gürcüstan, Rustavi 525-ci qəzet

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər